Aprelin 5-də “Heydər Əliyev ili” çərçivəsində YAP Sabunçu rayon təşkilatının və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətçiliyi" mövzusunda seminar-mühazirə keçirilib.
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının akt zalında təşkil olunan seminarda YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov “Heydər Əliyev ili” çərçivəsində keçirilən seminar-mühazirənin əhəmiyyətindən, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Araz Xudadanov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurlu davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov “Heydər Əliyev və Azərbaycan dövlətçilyi” mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran dahi şəxsiyyət olduğunu bildirib, onun misilsiz xidmətləri üzərində dayanıb.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə verdiyi mühüm töhfələrdən və Azərbaycanın dünya birliyində artan rolundan danışıb.
Sonra məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar-mühazirə barədə öz təəsüratlarını bölüşüblər.