04 aprel 2023 03:45
747

Ah bu sərsəm, sərsəm dünya...

2023-cü il üzrə dünyanın  ən xoşbəxt  ölkələrinin  siyahısında  ilk yeri  Finlandiya tutub. Dünyanın bədbəxt ölkəsi Əfqanıstan seçilib.

ABŞ həbsdə olan insanların faizinin ən çox olduğu ölkədir. Dünyadakı bütün məhbusların təxminən dörddə biri bu ölkənin vətəndaşlarıdır. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Tailand qərarlaşıb.

Tayvan öz vətəndaşlarına  və turistlərə pulsuz Wi-fi imkanı yaradan ilk ölkədir.

Digər Afrika millətlərindən fərqli olaraq, Efiopiya heç  bir zaman  Avropanın müstəmləkəsi  olmayıb.

Dünyanın ən kəskin yollarından biri Yeni Zelandiyadakı Baldvın küçəsidir.

Ukraynanın məşhur Lvov şəhəri dünyada adambaşına ən çox kafenin düşdüyü yerdir. Bu şəhərdə təxminən  1500 kafe var.

Artıq çəkili insanların ən çox olduğu ölkə Nauru ada dövlətidir.

Liviya dünyanın ən quraq ölkəsidir, ərazisinin 99%-i səhradır.

Oksigen istehsalında dünyada birinci yer  Rusiyaya məxsusdur. Burada yerləşən Sibir meşələri oksigenin bolluğuna görə bütün dünyada tanınmaqdadır.

Ukrayna bütün Avropada ən çox dini azadlığa və ən çox din müxtəlifliyinə sahib ölkələrdəndir.

Ən az meşələr  Haitidədir. Demək olar ki, orada bütün ağaclar kəsilib.

Dünyanın ən parçalanmış ölkəsi Somalidir. Onun ərazisində  onlarla tanınmamış dövlət var.

Ali təhsilli insanların ümumi əhaliyə nisbətinə görə dünyanın ən savadlı ölkəsi Kanadadır.

Dünyanın ən böyük şəhər-dövləti Sinqapurdur. Ən kiçiyi isə Vatikandır.

Dünyanın əksər dilləri Papua Yeni Qvineyada danışılır, burada 820-dən çox dildə danışılır, yəni dünyadakı bütün dillərin 12 faizindən çoxu.

Kolumbiya çox kasıb ölkə olmasına baxmayaraq, əhalinin xoşbəxtliyi və məmnunluğu baxımından dünyada birinci yerdədir.

Dünyanın ən təmiz ölkəsi İslandiyadır.  İslandiya, həmçinin bir sıra cəhətdən ən dinc ölkədir.Burada yaşayan insanlar isə  çox mehribandır.

Turistlər arasında aparılan sorğuya görə, əcnəbilər üçün ən xoşagəlməz ölkə Boliviyadır. Bu reytinqdə ikinci və üçüncü yerləri Venesuela və Rusiya tutur.

Ən zəngin ölkə Qətərdir.

Dünyada əhalinin ən aşağı sıxlığı Monqolustandadır. Burada  bir yarım kvadrat kilometrə cəmi dörd nəfər düşür.

Dünyada ən çox gəncin olduğu ölkə Afrikanın Niger əyalətidir. Burada yerli əhalinin demək olar ki, yarısı on altı yaşdan kiçikdir.

Andorra dünyada poçt göndərişinin pulsuz olduğu yeganə ölkədir.

Dünyanın ən kasıb ölkəsi Afrikanın Toqo dövlətidir. Avropanın ən kasıb ölkəsi  isə  Ukraynadır.

Dünyanın ən sıx məskunlaşdığı ölkə Monakodur. Burada əhalinin sıxlığı kvadrat kilometrə 16 min nəfəri keçir.

İngiltərənin Vitşir  bölgəsində yerləşən “ Stonehenge” abidəsi  Misir piramidalarından daha qədimdir. Arxeoloqlar abidənin  eramızdan əvvəl 3000-2000-ci illərə aid olduğunu düşünürlər.

Moskvada bir mənzildən ucuz olan qəsrlər var.

Tokio zooparkı heyvanların “insanlardan dincəlmələri” üçün ildə iki ay bağlanır.

Dünyanın ən uzunömürlü insanları Yaponiya, İsveçrə və Sanmaridoda yaşayır. Bu ölkələrdə insanlar ortalama ilə 83 il ömür yaşayırlar.

Çində müəllimlər uşaqlara sinifdə 20 dəqiqə ərzində yatmağa icazə verirlər ki, onlar yaxşı oxusunlar.

Reykyavikdə qızdırıcısı olan trotuarlar çəkirlər ki, qışda yağış və ya qar yağarkən donub buz bağlamasın.

Tailandın milli himni 1902-ci ildə rus bəstəkarı Pyotr Şurovski  tərəfindən yazılıb.

Çində uşaqlar anadan olduğu zaman 1 yaşında sayılırlar.

Sinqapurda saqqız çeynəmək və ya saxlamaq qadağandır.

Bir Amerika dolları bankotunun ortalama ömrü 18 aydır.

Çilidə yerləşən Atakama çölünə bu günə qədər yağış yağmayıb.

Qədim misirlilər pişikləri öldükləri zaman qaşlarını dibindən qırxıb, yas saxlayırdılar.

İlk dəfə qalstuklar məhz Xorvatiyada meydana gəlmiş, sonra isə bütün dünyaya yayılmışdır. Xorvatlar ilk dövrlərdə boyunlarına dəsmal bağlayırdılar, sonra isə həmin dəsmalı bütün dünyada kişilərin geyiminin ayrılmaz hissəsi olan qalstuk əvəz etmişdir.

Kuk adaları kapitan Kukun şərəfinə adlandırılmışdır. Onun yerli əhali tərəfindən yeyildiyi haqqında yayılan məlumat yanlışdır. Belə ki, Kuk Havay adalarında öldürülmüşdür.

Monako yeganə ölkədir ki, hərbi orkestrin üzvlərinin sayı hərbi dəstənin əsgərlərinin sayından çoxdur.

ABŞ-ın Nevada ştatının paytaxtı Las-Veqas şəhəri dünyanın ən məşhur qumar mərkəzlərindən biri hesab olunur. Las-Veqas şəhərinin kazinolarında saatlara rast gəlmək mümkün deyil.

Kosta-Rikada 1948-ci ildə 44 gün davam edən vətəndaş müharibəsi olmuşdur. Bu hadisədən sonra ölkə hərbi qüvvəsini tamamilə ləğv etmiş və heç bir hərbi münaqişədə iştirak etməməyi qərara almışdır.

Butanda siqaret çəkənlərə qarşı kəskin mübarizə tədbirləri həyata keçirilir. 2004-cü ildən etibarən burada tütün məmulatlarının satışı və onlardan istifadə qadağan olunmuşdur. Siqaret çəkmək istəyənlər isə 175 avro dəyərində cərimə ödəməlidirlər. Ölkədə olan tütün məmulatlarının ölkədən ixracına icazə verilmir. Bu qaydalar əcnəbilərə, siyasətçilərə və beynəlxalq təşkilatların nümayəndələrinə aid edilmir. Lakin bu o demək deyil ki, onlar qaydaları poza bilərlər. Tütün məmulatlarının satışına görə həmin şəxsləri də cərimə gözləyir.

Yeni Zelandiyada 2005-2006-cı illərdə ölkənin idarə olunmasında bütün əsas vəzifələr qadınlara mənsub idi.

1983-cü ildə Vatikanda 1 dənə də olsun doğum hadisəsi müşahidə olunmamışdı.

Samirə Tağıyeva, “İki sahil”