02 aprel 2023 20:02
542

Minaya düşərək həlak olan hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib.

“İki sahil” xəbər verir ki, hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

​19 yaşlı Novruz Niftaliyevin cənazəsi bu dəqiqələrdə torpağa tapşırılmaq üçün ​Nohurqışlaq kənd qəbiristanlığına aparılır.