14 mart 2023 18:11
558

ABŞ-ın briqada generalı Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

"Briqada generalı Voqan Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailə və dostlara başsağlığı verib", paylaşımda qeyd olunub.