14 mart 2023 10:15
487

Mövqelərimiz atəşə tutulub

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri *19 dəfə* atəşə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli, Gorus rayonunun Qaraşen yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Daşkəsən rayonunun Astaf və Təzəkənd, Laçın rayonunun Cağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.