Rusiyanın Moskva vilayətinin Odintsovo şəhərində yerləşən nəhəng anbarda güclü yanğın baş verib.
“İki sahil” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 4 320 kvadratmetr ərazini əhatə edib.
Alovun qarşısının alınmasına 23 yanğınsöndürən maşın cəlb edilib.
Ölən və ya ölənlər barədə məlumat verilməyib.