06 mart 2023 00:28
756

Hərbi qulluqçumuz minaya düşərək şəhid olub - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

"İki sahil"  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəndən bildirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin.