02 mart 2023 02:58
538

Bunlardan xəbərdar olun...

Heç bilirdinizmi ki, 10 fərqli ölkədən keçən Dunay və Nil çayları dünyada ən çox fərqli ölkədən keçən çaylardır.

Bu yaxınlarda Britaniyalı arxeoloqlar çox maraqlı bir açıqlama verib.  Bu vaxta qədər Misirdə mumyalanmış cəsədlərin mumlayanma səbəbinin cəsədin çürüməsi və ölümdən sonra da bədəninin  qorunması üçün olduğunu düşünürdük.İndi isə arxeoloqların  fikirləri tamamilə dəyişib. Sən demə, mumyalamağın məqsədi ölən şəxsi ilahi bir kimliyə bürüməkdir.Yəni, mumyalanmanın ölülərin bədənini qorumaqla heç bir əlaqəsi yoxdur.

Dünyada təxminən 2% insanın saç rəngi kürəndir. Bu saç rənginə sahib olan insanların əksəriyyəti İrlandiya və Şotlandiyada yaşayır.

Yeni Zelandiya ilandan qorxanlar üçün ideal məkandır. Belə ki, burada ilan yoxdur.

Çox maraqlıdır ki, pandalar kədərlənəndə və ya istədiklərini ala bilməyəndə insan kimi reaksiyalar verə bilən heyvanlardır.

Finlandiya işsizlərə hər ay 560 avro ödəyir. Burada, həmçinin analıq məzuniyyəti üç il və ən əsası ödənişli olur.

Nepalda internetin sürəti çox zəifdir. Paytaxt Katmanduda internetin sürəti 256 kb/s-dır. Müxtəlif provayderlər buranı sürətli internetlə təmin etmək istəsələr də,  təəssüf ki, onlarda alınmayıb. Bunun əsas səbəblərindən biri də, ərazinin quruluşudur.

Koreyada masadakı ən yaşlı adam yeməyə başlamadan heç kəs yeməyə əl vurmur. O getmədən də masanı tərk etmək düzgün sayılmır. Burada əgər sizdən  yaşca böyük  biri içki təklif edirsə,onda mütləq  stəkanı iki əl ilə götürmək, sonra bir qurtum içmək lazımdır. O getmədən də masanı tərk etmək düzgün sayılmır.

Çox maraqlıdır ki, Yaponiya və Koreyada yeməkdən əvvəl hesab ödənilir.

Almaniyada  elə bir qədim bina var ki, bu bina yağış yağarkən müəyyən səslərdən ibarət mahnı oxumağa başlayır.

Yeni Zelandiyada adam başına 9 qoyun düşür ki, bu da dünyada ən yüksək göstəricidir.

Norveç universitetlərində xarici tələbələrdə daxil təhsil ödənişsizdir.

Dünyanın ən sağlam öləsi İslandiyadır. Bu ölkədə kişilər orta hesabla 72, qadınlar isə 74 il yaşayırlar.

Sinqapurda yerə zibil atmaq qadağandır. Burada yerə zibil atan insan 1000 dollar cərimə ödəməlidir. Burada, həmçinin yerə tüpürmək qadağandır,saqqız çeynəmək olmaz. Bu ölkədə yalnız həkim məsləhət görərsə saqqız çeynəyə bilərsiz. Qadağalar ilə tanınan Sinqapurda təyin olunmuş yerlərdən kənarda taksiyə oturmaq qadağandır. Sinqapura səyahət etsəniz, unutmayın ki, burada maşınınızı təmiz saxlamalısınız. Çünki çirkli maşında səyahət etmək qadağandır.

Dünyada ən böyük diametri 38 sm olan qar dənəciyi 1987-ci ilin 28 yanvarında ABŞ-da qeydə alınıb. Qeyd edək ki, orta hesabla qar dənəciyinin ölçüsü 5 mm təşkil edir.

ABŞ-ın Minnesota ştatının Bernsville şəhərində maraqlı gözəllik salonu fəaliyyət göstərməkdədir. Burada müştərilərin saçından bit  və həşəratların əl ilə çıxarılması üzrə ixtisaslaşmış ustalar çalışır. “Kooty Katchers “ adlı bu məkanın sahibəsi Paula Salasdır. Qısa müddət ərzində məşhurlaşan bu bərbərxanaya ayda 300-ə yaxın insan gəlir.

Hazırda dünyada əvvəlkindən daha çox qul var. Təxminən 27 milyon insanın köləlik şəraitində yaşadığı təxmin edilir. Onlardan  15 milyonu Hindistanda yaşamaqdadır.

Heç 6 km uzunluğunda bir rəsm görmüsünüzmü?  Djuro Şiroqlaviçin “ Dalğa” adlı  bu rəsm əsəri “Ginnesin Rekordlar Kitabı”na daxil olub.  2007-ci ildə yaradılan  nəhəng tablonun yazılması üçün 2,5 ton boyadan istifadə olunub. Bu əsərini nəhəng ölçülərinə görə  heç bir  qalereyadan asmaq olmaz, hətta burada ayrıca zalın yaradılması da mənasızdır.

Bununla belə, sənətçi əsərinin  sahibsiz qalmasını istəməyib. Məhz buna görə, onu hissələrə bölərək hərracda satmaq qərarına gəlib. Djuro əldə etdiyi gəliri isə  Balkan yarımadasında müharibə zamanı itkin düşən uşaqlara yardım göstərən xeyriyyə fonduna bağışlayıb.

Duzdan otel görmək istəyirsinizsə onda mütləq  Boliviyaya gedin. Buradakı  “Palacio de Sal” adlı otel tamamilə duzdan inşa olunmuşdur. Qeyri-adi otelin divarları, tavanı,içərisindəki dekorasiyalar, hətta  mebellərinin əksəriyyəti  yataqlar da daxil olmaqla böyük duz kərpiclərindən hazırlanmışdır. Döşəmələr isə qalın, xırtıldayan bir təbəqə ilə örtülmüşdür.Məhz bu səbəbdən otel hər 10-15 ildən bir yenilənmək məcburiyyətindədir, çünki yağış suları bu duz kərpicləri zamanla yuyub aparır.4000 m-ə yaxın yüksəklikdə yerləşən bu otel, həmçinin spa, planetin ən böyük duz mədəni olan “Salar de Uyuni”yə turlar da təşkil edir. Bu duz gölü dünyanın ən böyük təbii güzgüsü adlandırılıb.

İslandiya ordusu olmadan NATO üzvü olan yeganə ölkədir. Qeyd edək ki, İslandiya, həmçinin dünyanın ən güvənli ölkələrindən biri kimi tanınmaqdadır.

Boliviyada qadınların boyu qısa olur. Adətən burada yaşayan qadınların ortalama boyu 147  sm-dən qısadır.

Dünyada evlərin ən bahalı olduğu ölkə Monakodur. Burada evin 1m2 təxminən 60 min dollardır. Monakoda lüks ev əldə etmək üçün orta hesabla ilə təxminən 4,3 milyon avro ödəməli olacaqsınız.

Çin məktəblərində xüsusi yuxu saatları var. Bu zaman şagirdlər  sinif otağında elə stol və stullarda yatırlar.  Burada şagirdlər  məktəbi bütün dərslər bitdikdən sonra tərk edə bilərlər. Çünki  tədris prosesi zamanı bütün ərazi bağlı olur.

Dünyanın ən böyük yarımadası Ərəbistandır.

Səudiyyə Ərəbistanına məxsus neft şirkəti “Aramco” dünyanın ən bahalı şirkəti seçilərək “Apple” şirkətini geridə qoyub.  “Aramco” nun dəyərinin 7 trilyon dollar arasında olduğu hesab edilir.Qeyd edək ki, şirkətin baş qərargahı Dəhran şəhərində yerləşir.

İndoneziyanın Lhokseumawe şəhərində  qadınların motosikletdə kişinin arxasında sərnişin kimi  oturması qadağan edilib. Bu şəhərdə motosikletin qadın sərnişinləri yana dönmüş vəziyyətdə otumaq məcburiyyətindədirlər. Şəhərin bələdiyyə başçısı bunu "insanların əxlaqını qorumaq üçün" qadağan etdiklərini açıqlamışdı. Həmin şəhərdə qadınların dar şalvar geyinməsi də qadağan edilib. Orada dar şalvar geyinən qadınlar  saxlanılır, şalvar  parça-parça edilir.

Finlandiyada uşaq dünyaya gələndə dövlət ailəyə içində 60 vacib məhsul olan böyük bir qutu göndərir. Həmin qutunun içində müxtəlif geyimlər, dəsmallar, oyuncaqlarbir ədəd kitab və mütləq yataq dəsti olur. Təəccüblü səslənsə də, hətta həmin qutunu uşağın ilk beşiyi kimi də istifadə etmək mümkündür.

Bayquşlar təbiətin ən maraqlı canlılarından biridirlər. Onlarda mühitin müxtəlif dəyişikliklərinə qarşı  yüksək adaptasiya qabiliyyəti vardır. Məsələn,  maraqlıdır ki, bayquşlar bardaş qurub insanlar kimi otura bilirlər.

Fala inanan kanadalılar övladlarının ad günündə övladlarının burnuna yağ sürtürlər. Bu proses səhər erkən, körpə hələ yatarkən edilməlidir. İnanclara görə, yağlı burun uşaqları il ərzində müxtəlif xəstəliklərdən və uğursuzluqlardan qoruyur.

Samirə Tağıyeva, “İki sahil”