01 mart 2023 15:44
396

Rəqsanə Vilayət Eyvazova müraciət etdi - VİDEO

Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

“İki sahil” xəbər verir ki, ifaçı videomüraciətində bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşayır:

“Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.  

R. İsmayılova V. Eyvazovdan ona bu işdə köməklik göstərməsini xahiş edib.