"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurma proseslərinin mütəşəkkil və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün xüsusi əlaqələndirmə qərargahı yaradılıb".
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin qərargah 2020-ci ilin axırından mütəmadi olaraq fəaliyyət göstərir.
“Bu qərərgah nəzdində fəaliyyət göstərən 10 işçi qrupu böyük əhəmiyyət kəsb edən işlərin əlaqələndirilməsi, keyfiyyətin və sürətin bir araya gətirilməsini təmin edir. Təbii ki, bu proseslərin həyata keçirilməsinin əsas şərti minatəmizləmədir. Bu həm yenidənqurma işlərini yerinə yetirərək işğaldan azad edilən ərazilərə sakinlərin tam təhlükəsiz şəkildə köçürülməsini təmin etmək deməkdir. Bu qrupa müxtəlif qurumların nümayəndələri daxildir.
Minatəmizləmə əməliyyatı beynəlxalq qaydalara tam uyğun formada aparılır. Mimatəmizləmə əməliyyatlarında ən son və müasir texnologiyalardan istifadə olunur”.