24 fevral 2023 02:37
788

Uğursuz plastik əməliyyatın qurbanı olan məşhurlar

Gözəllik necə deyərlər “qurban” tələb edir. Dünyada plastik əməliyyat etdirənlərin əksəriyyəti məşhur şəxslərdir. Lakin təəssüf ki, bu əməliyyatların heç də hamısı uğurlu alınmayıb.

Pit Börns

80-ci illərin pop ulduzu, bir vaxtların yaraşıqlı britaniyalı musiqiçisi Pit Börns 20 il ərzində keçirdiyi   300-dən çox əməliyyat nəticəsində simasını itirərək  hansısa bir vəhşi heyvanı xatırladır.

Donatella Versaçe

Moda dünyasının ən güclü simalarından biri olan Donatella Versaçe 62 yaşına qədər bir neçə üzgərmə əməliyyatından keçib, yanaqlarına
dolğular etdirib, dodaqlarını silikonla şişirdib və sinəsini böyüdüb.Tanınmaz hala düşən modelyer  güzgüyə baxdığında əməliyyatdan əvvəlki görünüşü üçün çox darıxdığını  etiraf edir. 

Maykl Cekson

1979-cu ildə Maykl Cekson ilk dəfə rinoplastika əməliyyatı etdirərək plastik cərrahlara müraciət edib.  Maykl Ceksonun qulağından qığırdaq götürülərək burnuna implantasiya edilib.

O zamandan bəri  Mayklın əməliyyatlara sevgisi yaranıb. Bir çox plastik əməliyyatları keçirən mərhum müğənni  yanaqlarında nəinki  çuxurlar düzəltdirib, həmçinin burnunu o qədər kiçiltmişdi ki,  ölümündən bir neçə il əvvəl çəkdirdiyi  fotoları pərəstişkarlarını çox qorxudub.  Çoxsaylı əməliyyatlardan sonra  üzündə yaranan müxtəlif yaraları gizlətmək üçün hətta üzünə maska ​​taxmalı olurdu.

Nikol Kidman

Uğursuz estetik əməliyyatın qurbanına çevrilən məşhurlardan biri də aktrisa Nikol Kidmandır. Görünüşünə görə uzun müddət medianın müzakirə mövzusuna çevrilən aktrisa, üz mimikalarını tamamilə itirib.

Deril Hanna

Aktrisa  Deril Hanna da əməliyyatdan sonra tanınmaz hala düşən məşhurlar sırasına daxildir.   Üzünə həddən artıq botoks etdirən aktrisanın təbii halından demək olar ki, heç nə qalmayıb.

Melani Qriffit

Bu siyahıda yer alan növbəti məşhur Antoni Banderasın keçmiş həyat yoldaşı Milani Qriffitdir.  Yaşının az olmamasına baxmayaraq aktrisa öz bədən quruluşunu gənc saxlamağı bacarsa da,   üzü onun yaşını olduğundan daha da  çox gösdərir.  Yayılan şayiələrə görə, onun üzünün bu vəziyyətə düşməsinin səbəbi spirt və ağrıkəsicilərdən hədsiz dərəcədə çox istifadə etməsidir.  O, üzünün daha gənc və təravətli olması üçün plastik cərrahlara müraciət etsə də təəssüf ki,  əməliyyatlar heç də uğurlu alınmayıb.

Canet Cekson

Mərhum pop-kralın bacısı Canet təkcə öz yaradıcılığı ilə deyil, plastik əməliyyatları ilə də məşhurdur. Nədənsə   keçirdiyi bir çox əməliyyatları inkar etsə də,  üzünü tanınmaz hala salan müğənni hələ də plastik əməliyyatlardan əl çəkmir.

Samirə Tağıyeva, “İki sahil”