23 fevral 2023 10:31
778

MN: Hərbi pilotlar təlim-məşq uçuşları icra edib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.