18 fevral 2023 13:04
781

Hərbi atteşelər ADA Universitetində olublar

Müdafiə Nazirliyinin 2023-cü il üzrə tədbirlər planına əsasən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin ADA Universitetinə səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, burada yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlara universitetin tarixi, inkişaf mərhələləri, missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı brifinq təqdim edilib.

PUA kurslarında Vətən müharibəsi və son döyüşlərdə qazanılan təcrübə öyrədilib - FOTO

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər davam edir

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Tədbirdə çıxış edənlər ADA-da tədris olunan fakültələr və ixtisaslar barədə danışıblar.

Hərbi atteşeləri maraqlandıran suallar universitet nümayəndələri tərəfindən cavablandırılıb.

Qonaqlar ziyarətin yüksək səviyyədə təşkil olunmasına görə ADA Universiteti və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.