Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müşavirə zamanı sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti geniş təhlil edilib. General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.
Qarsda keçirilən “Qış təlimi - 2023”dən danışan nazir təlimdə iştirak edən hərbi qulluqçuların yüksək peşəkarlığına dair Azərbaycan və Türkiyə müdafiə nazirlərinin həmfikir olduqlarını qeyd edib.