Fevralın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələrinin daim döyüşə hazır olması ilə bağlı Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarına çatdırdıqdan sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüş qabiliyyətinin yoxlanılmasının nəticələri barədə məruzələri dinləyib.
Yoxlamaların nəticələrini yüksək qiymətləndirən nazir döyüş hazırlığı tədbirlərinin maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.