08 fevral 2023 17:23
320

Bitki toxumları, çörəkçilik məhsulları və heyvan yemləri gömrük rüsumundan azad edilib

Nazirlər Kabinetinin 2023-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı ilə xarici iqtisadi fəaliyyətin kodlarına uyğun olaraq bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr 2023-cü ilin sonunadək idxal gömrük rüsumundan azad edilib.

Bu barədə "İki sahil"ə Nazirlər Kabinetindən məlumat verilib.