"Buta Airways"-in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.
“İki sahil” xəbər verir ki, təyyarə Bakı vaxt ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.
Hava səraiti yol verdikdə, İstanbula uçuş həyata keçiriləcək.
Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 "WhatsApp" nömrəsi və ya [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.