İki il ərzində bir sıra strateji layihələrin icrası başa çatdırılıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb: "Ötən il ərzində çox mühüm layihə hesab edilən Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin mina və partlayıcı vasitələrdən təmizlənməsi başa çatdırılıb. Bundan başqa, Horadiz-Ağbənd avtomobil yolu ilə bağlı layihənin icrası tamamlanıb. Bizim missiyamız azad olunmuş ərazilərdə icra olunan layihələrin müşayiət olunmasından ibarətdir".
ANAMA rəhbəri qeyd edib ki, hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunan layihələr təsdiq olunur: “Biz də bu plana uyğun olaraq, ərazilərdə təmizlənmə əməliyyatlarını həyata keçiririk”.