31 yanvar 2023 02:37
603

Şokolad – sehrli element

Televiziya həkimi Aleksandr Myasnikov “Rossiya 1” kanalındakı müəllif proqramında şokoladın sadəcə delikates deyil, sağlam qidalanmanın vacib elementi olduğunu deyib.

Şokolad bir sıra tibb birlikləri tərəfindən istehlak edilməsi mütləq sayılan yeddi qidadan biridir. Bundan əlavə bu siyahıya  tərəvəz, meyvə, balıq, taxıl və sarımsaq daxildir.

“İş ondadır ki, şokoladın tərkibində çoxlu miqdarda bioloji aktiv maddələr var. Yalnız burada söhbət südlü şokoladdan getmir, acı şokolad yemək lazımdır”, -deyə həkim izah edib.

Şokolad qara olmalıdır, tərkibində 70 % və ya daha çox kakao olmalıdır. Hər gün kiçik bir parça yemək kifayətdir.

Şokolad tam olaraq nə üçün yaxşıdır?

Tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran bioloji aktiv maddələr var. Tərkibində öskürəyi sakitləşdirən maddələr var.

Şokolad qan damarlarını gücləndirir. Alzheimer xəstəliyinin qarşısını almaq üçün pəhrizə daxil edilib.

Şokolad canlandırır və “ton” verir. O, kofein mənbəyidir, həmçinin qəhvə və ya çaydan zəif deyil.  Lakin şokolad hipertoniyalı xəstələrə əks göstəriş deyil.

Şokolad təbii antidepresantdır. Tərkibində serotonin və oksitosin istehsalını stimullaşdıran maddələr var.

"Kakao paxlası həqiqətən sehrli bir dərmandır", -deyə həkim fikrini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”