Türkiyəli müğənni Sərdar Ortaç İstinye bölgəsində yerləşən villasını satışa çıxarıb.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi evini 92 milyon lirəyə (təxminən 8 milyon 316 min manat) alıcılara təklif edir. Müğənni pərəstişkarlarından onun üçün Beykoz səmtindən ev tapmasını da xahiş edib:
"Dənizin kənarında bir villa ola bilər. Satışda və ya kirayədə olan evlər varsa, xəbər edin".