Əli Kərimli cəbhəsi son bir neçə gündür ki, aclıq aksiyası adı altında növbəti şou yaratamağa çalışır. Əslində metod artıq köhnəldiyi üçün şou da heç bir effekt vermir. Bunlar neçə illərdir çevir-tatı, vur-tatı bu kifləmiş metoddan istifadə edirlər.
Əli Kərimli əlində oyuncağa çevirdyi haya-küyə gedən bir qrup bisavad bu dəfə də salıb ortalığa. Daha doğrusu Müsavatın qərargahına. “Sən siyasətçisən, siyasi fəalsan, sosial şəbəkələrdən hamı səni dəstəkləyir” küyünə uyan 7-8 nəfər cəbəhəçi gedib Müsavatın qərargahında hərəsi bir adyalın altına giriblər ki, bəs biz aclıq edirik. Birincisi, özünə hörmət edən, ağlı başında olan bir kəs heç zaman belə bayağı oyunlarda oyunçu olmağa razı olmaz. İkincisi, vaxt keçdikcə məlum olur ki bəs, bunlar peçenye yeyir, su içirlər. Məzhəkəyə baxın! Olsun ki, bu adamlar işdən-gücdən qorxan, asan qazanc əldə etmək istəyən şəxslərdir və Əli Kərimlinin fitnəsinə uyublar ki, bu oyunda oynadıqlarına görə qəpik-quruş alacaqlar. Odur ki, günün bir hissəsini belə “ac”qalırlar. Cəbhəçilərin bu oyunbazlığı lap adama Əbdürrəhim bəy Haqverdiyevin məşhur “Ac həriflər” əsərini xatırladır. Əli Kərimli cəbhəsində bu kampaniya çərçivəsində kimsə ac qala bilər, olsun ki, bəyin xoşuna getmək üçün peçenye və sudan imtina edib evə gedənə kimi “qəhrəmanlıq” edənlər də var. Ancaq burada bir dənə ac var o da böyük hərifdir. Odur ki, kiçik həriflər böyük hərifin “jirnıy” olması üçün Müsavatın qərargahında yorğan-döşəyin arasında bir sətirdə sıxışdırılırlar. Bu sıxışdırlmanın məhz Əli Kərimli tərəfindən olduğu bir neçə gün bundan öncə onun facebookda ehtiyatsızlığı səbəbindən aşkarlanmışdı. Bəs, böyük hərif niyə acdır? İlin əvvəlidir, ən əsası da dünyada bütün dairələrin başı öz problemlərinə qarışıb. Qrant gələn kanallar da quruyub. Bu gün olmasa da hərif sabah yüz faiz ac olacaq. Nə etmək lazımdır? Deməli, oyun çıxarmaq, şou göstərmək lazımdır ki, diqqət çəkə bilsin. Bəlkə qrant ayırdılar. Əli Kərimlinin aclıq aksiyası əslində ağalarına acıq aksiyası da ola bilər. Olsun ki, hələ bu özü-özünə deyinir də ki, bunlara bax! Tamam əllərini çəkiblər üstümdən!
Odur ki, cəbhədə olan balaca həriflər anlamalıdırlar ki, onlar Əlinin əlində alətdirlər. Əgər belə deyilsə, Əli Kərimli özü niyə gəlib bəyənmədiyi Müsavatın qərargahında bir adyalın altına girib aclıq eləmir? Nə yaxşı Əli Kərimli şəninə sığışdırır ki, əqidədaşları ac qalır, bu isə evində yaxşı nahar edib sonra gəlir onlara qəzəl oxumağa?! Uzun sözün qısası, görünən odur ki, siyasi ambisiyası naminə Əli Kərimli cəbhəçiləri birbaşa, Arif Hacılını isə dolayısı ilə əlində alətə çevirib. Bir də ki, Arif Hacılı da özünə hörmət etmir, əgər o özünə hörmət etsə cəbhəçilərin mitilini dərhal çölə atar. Yoxsa, yolunu gözlədikləri qrantdan ona da icarə haqqı boyun olublar?! Nə bilmək olar?!
Anar Şahmurad