Dayanmadan inkişaf edən tibb aləmində tez-tez qeyri-adi hadisələr baş verməkdədir. Aşağıda sizə dünyada qeyd olunan ən maraqlı tibbi faktları təqdim edirik.
İlk plastik əməliyyat
Heç bilirdizmi ki, üz plastik cərrahiyyəsi ilk dəfə eramızdan əvvəl VI əsrdə Hindistanda yaranıb? İlk dəfə həmin dövrdə burunun rekonstruksiyası əməliyyatı həyata keçirilib. Qeyd edək ki, o zamanlar ərinə xəyanət edən qadınların burnu kəsilirdi.
Ən uzunmüddətli əməliyyat
Tibb tarixində ən uzunmüddətli əməliyyat 96 saat çəkib. Çətin liposaksiyasiya əməliyyatdan sonra pasientin çəkisi 280 kiloqramdan 140 kiloya düşüb. Bu əməliyyat nəticəsində, həmçinin xəstənin yumurtalığında yaranan kista da götürülmüşdü.
Tarixə düşən ən yüksək bədən hərarəti
İnsan bədənində ən yüksək temperatur 1980 – cı ildə Atlantanın Cordciya ştatında Uilli Consa adlı kişidə qeydə alınıb. Xəstəxanaya daxil olan pasientin bədən temperaturu 46, 5 dərəcəyə qədər yüksəlmişdi. Pasient xəstəxanadan yalnız 24 gün sonra təxliyə olunmuşdu.
Ən uzunmüddətli hıçqırıq
Ən uzunmüddətli hıçqıran insan Çarlz Osborndur. Qəribə səslənsə də o, 68 il hıçqırmışdır. Tibb aləmi isə hələ də bu uzunmüddətli hıçqırmanın hansı səbəblərdən meydana çıxdığını aydınlaşdıra bilməyib.
Qeyd olunan ən aşağı bədən hərarəti
Tarixə düşən ən aşağı bədən hərarəti 1994 – cü ilin 23 fevral tarixində qeydə alınmışdır. Kanadada yaşayan iki yaşlı Karli Kozolovski evin qapısının təsadüfən bağlanması nəticəsində 6 saat ərzində 22 dərəcə şaxtada qaldıqdan sonra onun bədən temperaturu 14,2 dərəcəyə düşmüşdü.
Ən çox əməliyyat keçirən şəxs kimdir?
Dünyada ən çox əməliyyat keçirən şəxs ABŞ - dan olan Çarlz Yensen adlı xəstə olub. Belə ki, o, 1954 – cü ildən 1994 – cü ilə qədər o bədənində dayanmadan əmələ gələn müxtəlif törəmələrin ləğvi üçün 970 cərrahi əməliyyat keçirmişdi.
Ən uzunmüddətli ürək dayanması
Norveçdən olan balıqçı Yan Revsdaldda ən uzunmüddətli ürək dayanması qeydə alınıb.Belə ki, ürəyi 4 saat ərzində döyünməyən Yan, süni qan dövranı aparatına qoşulduqdan sonra yaxşılaşıb.
Qəribə anesteziya metodları
Qədim zamanlarda efir narkozu kəşf edilənə qədər anesteziya məqsədilə taxta çəkicdən istifadə edilib. Qədim zamanlarda əməliyyat olunacaq xəstənin başına taxta çəkiclə vuraraq onu hərəkətsiz hala gətirirlərmiş.
Ən çox dərman vasitələrindən qəbul edən insan
Zimbabve sakini olan Kilner adlı şəxs olub. O, 21 illik müalicə müddətində 565 939 həb qəbul edib.
Ən ağır yad maddə
İnsanın mədəsindən xaric edilmiş ən ağır yad maddə 2.35 kg çəkili tük topası olub. Qeyd edək ki, həmin insan "bezoar"( tük yemək) adlanan xəstəlikdən əziyyət çəkib.
Qanayan yaraya qoyulan ilk buz
Yaraya buz qoymaq ilk dəfə Türkiyə ərazisində Perqama şəhərinin qladiatoru Qalen tərəfindən həyata keçirilib. O, zamanlar məşq zamanı yaralanan qladiatorların ağrıları aradan qaldırmaq üçün zeytun yağı və gül ləçəklərindən ibarət qarışım hazırlanıb və yaralara sürtüldükdən sonra üzərinə buz qoyulub. Qladiatorlar bu qurtarıcı vasitəni " Seratum xumidum"(yunancadan təcümədə nəm mum) adlandırıblar.
Tarixə düşən ən gənc ana
Dünyanın ən gənc anası Lina Medina olub. 5 yaşında olduğu zaman qarın boşluğunun şişməsi səbəbindən Linanı həkimə aparıb və onun hamilə olduğu öyrənilib. Linada müəyyən edilən bu hamiləliyin səbəbi isə Puberte Prekoks adlı xəstəlikdir. Lina 1939-cu ilin 14 mayında doğuş həyata keçirib. Onun Gerardo adı verdiyi uşağı dünyaya gəlib.
Ən yaşlı ana
Dünyanın ən yaşlı anası isə Raji Devi Lohandır. O, övlad sahibi olmaq üçün düz 40 il gözləyib. 2008-ci ildə hamilə qalan Lohan 70 yaşında ana olub.
Dünyanın ən yaşlı əkiz anası
Əkiz anası olan dünyanın ən yaşlı qadını isə 70 yaşında olan Omkari Panvardır. Bir oğlan sahibi olaraq ərinin mirasının oğluna keçməsini istəyən hindistanlı Omkari Panvar adlı xanım əkiz doğaraq dünyanın ən yaşlı əkiz anası statusunu qazanıb.
Samirə Tağıyeva, “İki sahil”