Murmansk dünyada Şimal qütb dairəsindən şimalda yerləşən ən böyük şəhərdir. Murmansk Barentsev dənizinin Kola körfəzinin şərq qayalıq sahilində yerləşir. Rusiyanın ən böyük limanlarından biridir. İsti Şimal-Atlantik axını hesabına Murmanskın qışda buz bağlamayan limanı Rusiyanın başqa şimal və şimal-qərb limanları arasında əhəmiyyətli dərəcədə seçilməkdədir.Arktik dairədə yerləşsə də,burada hava heç də pis keçmir.
Qışda temperatur -10 dərəcə selsiyə qədər olur.Lakin ildə bir neçə ay davam edən zülmət insan psixikası üçün bir problemə çevrilir. Bu şəhərdə insanlar ilin 40 gününü sanki gecə imiş kimi keçirirlər. 22 may-22 iyul tarixləri arasında günəşin heç batmadığı Murmansk şəhəri, tam əksinə ilin 40 günü də zil qaranlıq içində olur. Yayda iki ay boyunca elektrik enerjisinə qənaət edən sakinlər yığdıqları pulu qışda qütb gecələrində xərcləyirlər. Alış-verişlərini, gəzintilərini gecə qaranlığında edən insanlar, həm də qaranlıqda işə gedib gəlirlər. Bu qaranlığın insan psixologiyası üzərindəki təzyiqi də az deyil. Qeyd edək ki, bu şəhərdə yaşayan insanlar depressiyaya daha çox meyilli olurlar. Lakin buna baxmayaraq insanlar bu şəhərdə yaşamaqdan məmnundurlar.
Samirə Tağıyeva, “İki sahil”