07 yanvar 2023 16:16
825

Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək

Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlim keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

“QIŞ-2023” hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb. Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz hərbi təlimdə uğurlar diləyirik”, - məlumatda vurğulanıb.