06 yanvar 2023 23:42
657

Bura qalxan insan göy üzünə toxuna bilər

Bu pilləkənlər dünyanın müxtəlif guşələrində yerləşir. Onlar təhlükəli olsalar da hər il minlərcə insan bu yerləri ziyarət edir. Bəs görəsən bu pilləkənlər hansılardır?

Zombilərdən qoruyan qaya

El-Penon-de-Quatape qayası Kolumbiyada yerləşir. Burada yaşayan əhalinin sözlərinə görə, bu qayanın pilləkənləri insanları zombilərdən qorunmaq üçün tikilib və o zamanlar sığınacaq kimi istifadə olunub.

Səmanın darvazası

Çinin Xunan əyalətində Tyanmen dağı var. Buranı həm də “səmanın darvazası” adlandırırlar. Bura eramızdan əvvəl 263-cü ildə zəlzələ nəticəsində meydana gəlmişdi. Yerli əhalinin sözlərinə görə, bura qalxan qalxan insan göyüzünə toxuna bilər. Qeyd edək ki, “ Səma darvazası” 999 pilləkəndən ibarətdir.

Hayku pilləkənləri

Havay adalarında yerləşən Hayku pilləkənləri adrenalin sevən turistlərin ən sevdiyi yerlərdən biridir. Bu yer 1942-ci ildə hərbçilər tərəfindən əlaqə naqillərinin qurulması üçün düzəldilib. Bunu da əlavə edək ki, əslində bura qalxmaq qanunla qadağandır.Bu yer adətən polislər tərəfindən qorunur.

Müqəddəs pilləkənlər

Misirdə Sinay yarımadasının cənubunda əfsanəvi dağ yerləşir. Deyilənlərə görə, Musaya vəhy burada gəlib. Hazırda dünyanın müxtəlif yerindən insanlar buranı ziyarət etmək üçün gəlirlər. Dağın zirvəsinə çatmaq üçün “tövbə pilləkəni” ilə qalxmaq lazımdı.

3500 pilləkəndən ibarət quyu

Hindistanın Abaneri kəndində ən qədim quyulardan biri olan Çand-Baori yerləşir. Bu quyu zirvəsi 30 metr dərinliyə gedən piramidaya bənzəyir və 3500-ə yaxın pilləkəndən ibarətdir. Tarixçilərin sözlərinə görə, bu anbar yağış suyu yığmaq üçün tikilib.

“Yosemiti” milli parkında pilləkən

Kaliforniyanın “Yosemiti” milli parkında yerləşən bu pilləkənlərə qalxmaq üçün 10 km yol getmək lazımdır. Nəzarətçilər tərəfindən qorunan bu yerə gün ərzində cəmi 300 nəfər buraxılır. Onlardan hər biri xüsusi icazə almalıdır.

Samirə Tağıyeva, “İki sahil”