06 yanvar 2023 14:27
694

ABŞ-nın ən yaşlı sakini vəfat edib

ABŞ-ın ən yaşlı qadını olan Bessi Hendrix 115 yaşında vəfat edib.

Bu barədə “New York Post” məlumat yayıb.

Yayılan məlumata görə, Hendrix ABŞ-da yaşayan ən yaşlı, dünyada isə  4-cü ən uzunömürlü  insan olub. Beş uşaq anası olan qadın çərşənbə axşamı Ayova ştatının Leyk Siti şəhərindəki qayğı mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, 21 ABŞ prezidentinin dəyişdiyinə şahid olan bu qadın, həmçinin ispan qripini, 20-ci illər, iki dünya müharibəsini, Böyük Depressiya, Vyetnam müharibəsini, İraq müharibəsini,  Soyuq müharibəni görüb.  Çox maraqlıdır ki, yaşlı qadın   COVID-19 la  mübarizədə sağ qalmışdı.

Samirə Tağıyeva, “İki sahil”