05 yanvar 2023 23:51
606

Ən çox satılan avtomobil 41 ildir dəyişməz qalır

"Ford F-Series" avtomobil ailəsi 2022-ci ildə ABŞ-da ən çox satılan pikap adını qoruyub saxlayıb.

“İki sahil” xəbər verir ki, avtomobil istehsalçısının mətbuat xidməti xəbər verir ki, bu avtomobil modeli 46 ildir ki, eyni titula sahibdir.

Bundan əlavə, 41 ildir ki, F-Series ABŞ-da ən çox satılan avtomobildir. Məlumata görə, 2022-ci ildə şirkət bu pikaplardan 640 min ədəd satıb. Amerikalılar hər 49 saniyədə bir Ford pikapı alıblar.

Qeyd edək ki, 2023-cü ildə sözügedən modelin satışa çıxarılmasından 75 il ötür.