05 yanvar 2023 16:50
847

Adları tarixə düşən ən gənc idmançılar - FOTO

Bu yazıda tarixə düşən ən gənc idmançılardan  bəhs edilir. Onlar gənc yaşlarına baxmayaraq Olimpiya çempionları adına layiq görülüblər.

Dmitris Lundras

Heç bilirdinizmi ki, olimpiadalar tarixində ən gənc mükafatçı yunanıstanlı gimnast Dmitris Lundrasdır. O, 1896-cı il Afina Yay Olimpiya Oyunlarında (10 yaşı olarkən) komanda yarışında 3-cü yeri tutub.  Lakin  1990-cı il Paris olimpiadasında Niderlandın avarçəkmə komandasının heyətində qızıl medal əldə etmiş fransalı idmançı Lundrasdan daha gənc olub. Çox təəssüf ki,  yarışdan dərhal sonra itkin düşən uşağı nə qədər axtarsalar da, tapmaq mümkün olmayıb. Bu səbəbdən onun adı "Olimpiya ruhu" kitabına salınıb. Həmin uşağın medal qazanarkən 7-8 yaşında olduğu ehtimal edilir.

Klaus Zerta

Klaus Zerta  1960-cı il Roma olimpiadasında avarçəkmə yarışında qızıl medal qazanarkən  onun cəmi 13 yaşı olub. Zerta bu göstərici ilə 1932-ci il Los Anceles Yay Olimpiya Oyunlarında 1 500 metr məsafəyə qaçış yarışında birinci yeri tutan yaponiyalı atlet Kuşuo Kitamuranı (14 yaş) qabaqlayıb.

Luicina Cavotti

Qadınlar arasında olimpiada tarixində ən gənc mükafatçı italiyalı gimnast Luicina Cavottidir. O, 1928-ci ildəki oyunlarda 11 yaşı olarkən  komanda yarışında gümüş medala yiyələnib. Cavotti, həmçinin ən gənc qadın olimpiyaçı kimi tarixə düşüb.

Marcori Qestrinq

Ən gənc qadın olimpiya çempionlarında digəri  ABŞ-dan olan Marcori Qestrinqdir. O, 1936-cı ildə qızıl medal qazanarkən onun cəmi  13 yaşı olub.

Mark Markes

İtalyan idmançısı Marc Markes  "MotoGP"də (nüfuzlu motosiklet yarışında) ən gənc dünya çempionu oldu. İlk dəfə o, 15 yaşı olarkən  "Dünya Kuboku"nu qazandı.

Pele

1956-cı ilin sentyabr ayında hələ 16 yaşı tamam olmayan Pele ilk dəfə klubun rəsmi matçının sahəsinə çıxdı və qol vurdu. "Santos" klubunda çıxışları zamanı 1956–1974-cü illərdə 11 dəfə San Paulu ştatının çempionu titulunu qazandı. Onun komandası 6 dəfə Braziliya kubokuna və 2 dəfə Libertadores və qitələrarası kubokuna sahib oldu.

Pele milli yığmada debyutu İsveçrədə keçirilən dünya çempionatında etdi. "Santos"da olduğu kimi, təsirli, yadda qalan oyunu ilə fərqləndi. Baxmayaraq ki, o, tam sağlam halda deyildi. SSRİ  yığma komandasına qarşı oyuna  komandasının start heyyətində çıxdı. Uelsə qarşı dörddəbir finalda həlledici qol vurdu. Fransa komandası ilə yarımfinalda het-trik edərək finala keçdi. Finalda isə turnirin ev sahibinə 2 qol vuraraq 17 yaşında Pele mütəxəssislər tərəfindən tanınaraq , izləyicilər və rəqib komanda tərəfdən dünya çempionatının ilk ən cavan çempionu kimi qəbul edildi.

Tara Lipinski

Yulia Lipnitskayaya  Soçi Olimpiadasında qalib gələn Tara Lipinski ən gənc fiqurlu konkisürən kimi tanınmaqdadır. 1998 -ci ildə qızıl medalı qazanan Taranın cəmi 15 yaşı var idi.

Ruta Meylutite

Ruta Meylutite gənc çempionlar sırasına daxildir. Litvadan olan üzgüçü  2012-ci ildə   Londonda keçirilən Olimpiadada   qızıl medalı qazandı .  Onda Rutanın cəmi 15 yaşı var idi. O, həmçinin 100 metrlik məsafəni  qət etdiyi üçün  Avropa üzrə də  rekorda imza atmış oldu.

Nadia Comaneci

Rumıniyalı Nadia Comaneci bədii gimnastika üzrə 5 qat Olimpiya çempionudur. 1976 -cı ildə, Montreal Olimpiadasında  qızın cəmi 15 yaşı vardı, lakin  yaşının az olması  bir anda beş medal qazanmasına mane olmadı. O, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı.

Jordin Viber

Amerikalı Jordin Viber   2012 -ci il London Olimpiadasında qalib olaraq qızıl medalı qazandı. O, zaman Jordinin yalnız  17 yaşı var idi.

Tatyana Qutsu

Ukrayna gimnastı Tatyana Quts Dünya çempionu və ikiqat Olimpia mükafatçısı olanda onun  cəmi 15 yaşı vardı. 1992 -ci ildə Barselonada keçirilən Olimpiada Tanyanaya 4 medal qazandırdı: iki qızıl, bir gümüş və bir bürünc medal.

Samirə Tağıyeva, “İki sahil”