30 dekabr 2022 14:26
618

12-ci dəfə ata oldu

Məşhur aktyor Nik Kannon 12-ci dəfə ata olub.

“İki sahil” xəbər verir ki, cütlük yeni doğulan qızına Halo adını qoyub. O, Kannonun 12-ci, model Alisiya Skottun isə üçüncü övladıdır. Bu haqda Skott sosial şəbəkə hesabında yazıb. O, övladının dekabrın 14-də doğulduğunu bildirib.

Qeyd edək ki, Halo cütlüyün oğlunun ölümündən 1 il sonra dünyaya gəlib. Belə ki, Hena beş aylıq olarkən beyin xərçəngindən dünyasını dəyişib. Niki bundan əvvəl Meray Keri ilə ailəli olub.