28 dekabr 2022 02:35
1102

Dünyanın kök qadınları....

Tarixin ayrı-ayrı dövrlərində tanınmış qadınların əksər hissəsi boy-buxunlu, cüssəli olublar. Həm keçmişdə, elə indinin özündə dahi həkimlər dediyimə gözəl nümunədir. Sonrası Kraliçalar Kleopatra və Yekaterina öz boy-buxunu, cüssəsi ilə həmişə ətrafını heyran qoyublar. İngiltərənin Kraliçası Anna, ispan kraliçaları Xristina və İzabella da dolğun qadın olublar. Niderlandın Kraliça-naibi, Böyük Britaniyanın Kraliçası iri, yaraşıqlı bədən quruşu ilə diqqət mərkəzində durublar.

Ədəbiyyat və incəsənət sahəsində də qadınlar arasında bu keyfiyyət görünür. Corc Elliot, Jorj Sand, Haana Moor, xanım De-Stal buna misal ola bilər. Məşhur fransız rəssamı Roza Boner həddən artıq kök qadın olub.

Piyin insan orqanizmə xeyri

Piy insan orqanizmdə ən çox vacib olan qida məhsuludur. Ən əsası beynin normal işləməsi, dərinin cavan qalması, eləcə immun sisteminin möhkəmliyi üçün əhəmiyyəti böyükdür. İnsanın beyin və əsəb sistemi 60 faiz piydən ibarətdir. O, həm də mühüm enerji mənbəyidir. Bundan başqa, mono və yarımdoymuş pilər qanda xolsterinin miqdarını tənzimləyir, ürək-damar xəstəliklərinin qarşısını alır.

Onu da bildirək ki, piylər tərkibinə görə orqanizm üçün zərərli olan doymuş və faydalı doymamış qruplarına bölünür.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü