22 dekabr 2022 14:00
1075

Dünyanın ən yaşlı kişisi harada yaşayır? - FOTO

Braziliyanın Aparecida de Goiania şəhərində yaşayan Andrelino Vieira da Silva ölkəsində dünyanın ən yaşlı kişisi kimi məşhurlaşıb. 121 yaşlı adam uzun ömür sürməyin sirlərini açıqlayıb. İnsanların onu küçədə görəndə şəkil çəkdirmək istədiklərini deyən Silva nəvələrinin sosial şəbəkə paylaşımları sayəsində qısa zamanda Braziliyada fenomenə çevrilməyi bacarıb.

Nəvəsi Janaina de Souza Lemes əsirlik yaşı olmasına baxmayaraq hələ də canlı və sağlam görünüşü olan babasını sosial şəbəkədə paylaşaraq diqqət çəkməyi bacarıb. Nəvəsi Lemes G1 xəbər portalına bunları danışıb: “O, hələ də ağlı başındadır və aktiv həyat sürür. Yeməklərini özü bişirir. Adətən ənənəvi yeməklərə üstünlük verir. O, tamamilə normal həyat sürür. Babam Forronu (Braziliyanın şimal-şərqindən gələn musiqi və rəqs üslubu) sevir və həmişə rəqs edir. Onun uzun həyatının sirri də məhz budur.”

3 fevral 1901-ci ildə anadan olan və 5-i həyatda olan yeddi övlad atası Silvanın 13 nəvəsi və 16 nəticəsi var. 121 yaşını qeyd etdikdən cəmi 5 gün sonra koronavirusa yoluxan adam möcüzəvi şəkildə sağalmağı bacarıb. Silvanın müalicə edən həkim qrupu onun yumor hissinin və enerjisinin yüksək olduğunu bildiriblər.

Yaşı rəsmən təsdiqlənməsə də, əlində doğum şəadətnaməsi olan Silvanın 121-ci doğum günü Braziliya hökuməti tərəfindən metal lövhə ilə təltif edilib.

Silvanın yaşı təsdiqlənərsə, o, kor və əlil arabasında olan 118 yaşlı fransız Lucile Randonu keçərək rəsmi olaraq yaşayan ən yaşlı insan olacaq.

121 yaşlı Silva sosial şəbəkədəki paylaşımlarından sonra yerli əhalinin marağına səbəb olub. Lemes insanların babasını tanımasına təəccübləndiyini deyib: “Babam çox təvazökar insandır. O, adi bir həyat yaşayır və insanların onu görəndə verdiyi reaksiyalara ancaq gülümsəyir. İnsanlar onu küçədə görəndə maraqlarını gizlətmirlər.”

Vüsal Cahanov, “İki sahil”