21 dekabr 2022 00:57
778

Bizi şirin şirniyyata can atmağa sövq edən beş səbəb

Şirniyyata həddindən artıq həvəs çox vaxt pis vərdiş hesab olunur. Ancaq hansısa qidaları yemək istəyi daha çox müəyyən qida maddələrinin çatışmazlığını hiss edən orqanizm tərəfindən “diktə” olunur. Şirniyyata can atırıqsa orqanizmdə nə çatışmır?

Bağırsaq mikroflorasının pozulması

Bəzən şirniyyat və tort yemək istəyi bağırsaqda balanssızlığın nəticəsi ola bilər. Yəni mədə-bağırsaq traktındakı faydalı bakteriyalar kifayət qədər öz funksiyasını yerinə yetirmir. Bu zaman şirin qidalar qəbul edərkən şəkərin artan miqdarı sadəcə bağırsaqlarımızın əlverişsiz mikroflorasının aktivliyinin artmasına kömək etmiş olur.

Həddindən artıq iş və zəif yuxu

Sürətli karbohidratlar beynimizin normal fəaliyyəti üçün enerji mənbəyidir. Bu, emosional fonu yaxşılaşdırır. “Emosiyalar kortikal hüceyrələr üçün enerji mənbəyidir", -deyə həkimlər bildirirlər.

Yuxu bədənin bərpası üçün zəruri olan istirahətin vacib hissəsidir. Kifayət qədər yuxu almamaq orqanizmin şəkərlə əldə etməyə çalışdığı “stimulyasiyaya” ehtiyac yarada bilər. Təəssüf ki, bu cür "doldurma" sonda pis vərdişə çevrilir və düzgün istirahəti əvəz etmir.

Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün həkimlər tərkibində triptofan olan qidalar yeməyi məsləhət görürlər. Triptofan hind toyuğunda, qoz-fındıq və bananda olur.

Ac qalmaq, depressiya və siqaret

Aclıq, depressiya və siqaret də dad seçimlərimizə mənfi təsir göstərir.

Mütəxəssislər hesab edirlər ki, şirniyyatlara can atırsınızsa, bədəndə xrom, serotonin, maqnezium və kompleks karbohidratlar çatışmır.

Nubar Süleymanova, “İki sahil”