21 dekabr 2022 02:59
791

Yeni il ərəfəsində pəhriz nə üçün təhlükəlidir?

Yeni il ərəfəsində arıqlamaq üçün pəhrizlər təhlükəli ola bilər. Rusiyalı qastroenteroloq Sergey Vyalov pəhrizin bədənə necə zərər verə biləcəyini izah edib.

Yeni il və digər bayramlar öncəsi insanlar ziyafətlərdə zərif görünmək üçün kütləvi şəkildə pəhriz saxlamağa başlayırlar. Ancaq heç də hamı bilmir ki, insan özünü qida cəhətdən məhdudlaşdırdığı zaman aclığa cavabdeh olan reseptorların fəaliyyəti daha da artır.

Arıqlayanlar bədəni boşaltmağa çalışdıqları zaman aclıq hissi “topladıqlarını” fərq etmirlər. Bayramlardan əvvəl bu cür aclıq aksiyaları qaraciyər, mədəaltı vəziə və bağırsaqlara böyük zərər verə bilər.

Nubar Süleymanova, “İki sahil”