“Samsung”, “Apple”, “Xiaomi”, “Oppo” və “OnePlus” kimi aparıcı brendlərin 2023-cü il üçün planı flaqman və büdcə smartfonları ilə doludur. Əgər siz yeni premium cihaz almaq fikrindəsinizsə, yaxşı olar ki, alışı bir neçə ay təxirə salıb pulunuza yeni ildə münasib qiymətə ən yaxşı yeni nəsil smartfonu əldə edəsiniz.
Aşağıda 2023-cü ildə çıxacaq yeni smartfonların xüsusiyyətləri və onların gözlənilən buraxılış tarixi haqqında məlumat veririk:
“Samsung”
2023-cü ilin ən yaxşı smartfonları siyahısını ən azı üç modeldən – “Galaxy S23”, “Galaxy S23 Plus” və “Galaxy S23 Ultra”dan ibarət olan “Samsung Galaxy S23” seriyası açır. Siyahıdakı hər üç variantın hazırlanmasında “Snapdragon 8 Gen 2” prosessorundan istifadə ediləcəyi, həmçinin təkmilləşdirilmiş kamera əldə edəcəyi ehtimal edilir.
“Samsung Galaxy S23” və “Galaxy S23 Plus” sələfləri ilə eyni dizaynda olacaq, kamera modulunda cüzi dəyişiklik olacaq. “Galaxy S23 Ultra” çox güman ki, “Galaxy S22 Ultra”ya bənzəyəcək. Hər üç variant flaqman funksiyaları təqdim edəcək.
“Oppo Find X6 Pro”
“Oppo Find X” seriyalı flaqman smartfonları premium dizaynı, yüksək texnologiyalı aparatı və super sürətli enerji doldurması ilə tanınır. “Oppo Find X6 Pro” da istisna deyil. “Oppo Find X6 Pro” “Snapdragon 8 Gen 2 SoC” ilə təchiz olunacaq. “Xiaomi 13” və “13 Pro” sürətli enerji doldurması ilə tanınır və Oppo Find X6 Pro da istisna deyil. Şirkət artıq “Oppo Find X6 Pro”nun “Snapdragon 8 Gen 2 SoC” ilə təchiz ediləcəyini təsdiqləyib. Qurğu istifadəçilərə ən azı 8/128 GB LPDDR5x RAM və ən məhsuldar saxlama həlli - UFS 4.0 vəd edir.
“Xiaomi 13” və “13 Pro”
2023-cü ildə böyük ehtimalla “Xiaomi 13” və “13 Pro” versiyasının buraxılışı da baş tutacaq. Plana görə, dekabrın 11-nə təyin edilmişdi. Ancaq baş tutmadı.
Smartfonlar “SoC Snapdragon 8 Gen 2” əsasında hazırlanıb və “Xiaomi”nin Leica ilə əməkdaşlığı nəticəsində onlar Leica əsaslı kameraya sahib olacaqlar. Bu kameralar həqiqi rəngləri və kontrastı ilə tanınır, buna görə də siz 8K təsvir ölçüsündə yüksək keyfiyyətli kadrlar və videolar çəkə biləcəksiniz. O, həmçinin optik görüntü sabitləşməsini vəd edir.
“Apple iPhone 15”, “iPhone 15 Pro”
“iPhone”lar olmadan yeni smartfonların icmalı ola bilər? “Apple” 2022-ci ildə Rusiyanı tərk etsə də, Rusiya mağazaları hələ də onun cihazları ilə doludur. Beləliklə, çox güman ki, “iPhone 15” və “15 Pro” bu il satışa çıxarılacaaq. İnsayderlərin fikrincə, “iPhone 15 Pro” məlumat ötürmə sürətini artıran USB Type-C portu olan ilk “iPhone” olacaq.
“Motorola Moto X40”
2023-cü ilin yeni smartfonları arasında “Moto X40” da var. Bu barədə Lenovo-nun mobil bölməsinin rəhbəri Çen Cin məlumat verib. Qadjet “Qualcomm Snapdragon 8 Gen 2 SoC” ilə təchiz olunacaq. Bu, sələfindən 46% daha çox enerji sərfiyyatına malikdir və orta hesabla 35% daha məhsuldardır. Smartfonun ölçüləri 161,3 x 73,9 x 8,5 mm, çəkisi isə 196 qram olacaq.
“Google Pixel Fold”
Bu qatlanan smartfon artıq bir müddətdir ki, inkişaf mərhələsindədir və çoxları cihazın gələn il buraxılacağı gözlənilir. “9to5Google”un hesabatına görə, Pixel Fold Pixel Notepad adlandırıla bilər və stilus dəstəyinə malik olacaq. Page Tech-dən sızan render şəkillərinə əsasən, Pixel Fold 9.5MP ön kamera ilə daha böyük xarici ekrana sahib olacaq.
“IIIF150 Air1 Ultra”
Əgər siz 2023-cü ildə hansı smartfonu alacağınızı düşünürsünüzsə, həm sərfəli qiymətinə görə, həm də performans baxımından IIF150 Air1 Ultra modelini seçə bilərsiniz. Bu təhlükəsiz, lakin çox nazik (9,55 mm) smartfon yaxşı MediaTek Helio G99 prosessoru, 128/256 GB fleş yaddaş və NFC modulu ilə təchiz olunub.
Cihaz geniş temperatur diapazonunda (-20 ilə +80 °C arasında) işləyir, buna görə də soyuq bölgələrə səfər edən və çox istidə işləyən şəxslər üçün mükəmməldir.
“One Plus 11”
Bu modelin 2023-cü ilin yaxsi smartfonlarindan biri kimi tanınacağı gözlənilir. Cihaz bu günə qədərki ən güclü Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunub.
OnePlus 11 QHD+ həllində işləyəcək 6.7 düymlük AMOLED ekrana sahib olacaq. Cihazın kapotu altında “OnePlus 10 Pro”ya bənzər 5000 mAh batareya olacaq.
“Infinix Note 13 Pro”
2023-cü il smartfonları arasında “Infinix Note 13 Pro” büdcəyə uyğun seçim axtaranlar üçün əla telefondur.
O, böyük 6,95 düymlük ekran və 128 GB daxili yaddaşa malikdir, bu da əksər istifadəçilər üçün kifayətdir. Əsas kamera üçqat və batareyasının ömrü isə 12 saatdan çox olacaq.
“Xiaomi Redmi Note 13 Pro Max”
Məqalədə “Redmi” modelini axtarırsınızsa, o zaman buyurun. Bu, 5G şəbəkələrini dəstəkləyən telefonlardan biridir, Böyük 6,67 düymlük ekrana, güclü Qualcomm Snapdragon 865 prosessoruna malikdir və 12 GB-a qədər RAM-ı dəstəkləyir. Böyük 4500 mAh batareya sizi yükləməyə ehtiyac olmadan “YouTube” videosuna baxmaq, oyun oynamaq seçimi arasında qoymayacaq.
Telefon “Xiaomi” MIUI 12 əməliyyat sistemində işləyir. “Redmi Note 13 Pro Max 5G” həmçinin ekranın altındakı barmaq izi skaneri, sürətli enerji doldurma və ola bilsin ki, simsiz enerji doldurma funksiyaları ilə də təchiz ediləcək.
Nubar Süleymanova, “İki sahil”