16 dekabr 2022 09:57
527

Gəray Gəraybəyli: Təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb

"Gələn ildən Tibb Universitetinin tələbələrinə təcili tibbi yardım fənni tədris ediləcək".

"İki sahil" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Onun sözlərinə görə, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb: "Bu addımlarda universitet rəhbərliyi də geniş iştirak edir. Bu məqsədlə Tibb Universiteti nəznində ayrıca Təcili tibbi yardım kafedrası yaradılıb. Gələn ildən tələbələrə təcili tibbi yardım fənni ayrıca tədris ediləcək".