22 noyabr 2022 15:32
422

Minatəmizləmə əməliyyatlarında qadınlar da iştirak edir

“Böyük qayıdışda qadınların fəal iştirakı vacib element olmalıdır”.

“İki sahil” xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda çıxışında deyib.

“Mən bu yaxınlarda Ağdamda səfərdəykən dağıntıların necə böyük miqyasda olduğunu gördüm. Aydındır ki, bu ərazilərin minalardan təmizlənməsi qayıdış üçün vacibdir. Mən şadam ki, minalardan təmizlənmə prosesində ANAMA-ya dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri Britaniyadır”, - o deyib.

Səfir Britaniyanın da dəstəyi ilə ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatlarında artıq qadınlardan ibarət komandanın da iştirak etdiyini vurğulayıb.