22 noyabr 2022 14:51
440

Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır

Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır.

“İki sahil” xəbər verir ki, bunu ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze videoformatda çıxışı zamanı deyib.

"Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır. Bizim əlaqələrimizin tarixi 1992-ci ilə gedir. 1994-cü ildə Azərbaycan NATO-nun sülhməramlılar proqramına qoşuldu, Kosovaya göndərilən sülhməramlıların tərkibində təmsil olundu. Azərbaycan və NATO arasında qarşılıqlı anlaşma var və hər ikisi beynəlxalq təhlükəsizliyə qarşılıqlı töhfə verir", - NATO Baş katibinin müşaviri bildirib.

O, Azərbaycanın Ukraynaya humanitar yardımını qiymətləndirdiklərini vurğulayıb.