22 noyabr 2022 10:01
425

DSX hərbçilərinin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yol qəzasına düşməsi ilə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq ki, noyabrın 22-də rayonun Şükürbəyli kəndində "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Dövlət Sərhəd Xidmətinə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Trend