17 noyabr 2022 19:08
768

Müdafiə Nazirliyi təkzib etdi: Məlumat yalandır

Noyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.