17 noyabr 2022 17:39
697

Azərbaycan Ordusunun hərbi qulluqçusu insultdan vəfat edib

Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat edib.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!