15 noyabr 2022 13:32
680

Hərbçilərimiz Türkiyədə təlimlərdə iştirak edir

Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının əsgərləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”.