14 noyabr 2022 13:31
765

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində tarix yazdı

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Ermənistanın məğlubiyyəti demək idi. Düşmənə vəziyyətdən yeganə çıxış yolu üçün kapitulyasiya aktına imza atmaq qalırdı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, rəşadətli Azərbaycan Ordusunun gücü ilə ölkəmiz bu tarixi Zəfərə nail oldu.Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad etməklə Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını qeyd edən ölkə başçısı bu şanlı tarixin əbədi olacağını və Azərbaycan xalqının, gələcək nəsillərin şanlı Qələbəmiz ilə fəxr edəcəklərlərini bildirdi. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Azərbaycan Silahlı Qüvvələri yalnız 44 gün ərzində bir gün də geri addım atmadan dağlardan, meşələrdən, dərələrdən, cığırlardan uzun məsafə qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Vətən müharibəsində ölkəmizin parlaq Zəfərinin əsasını təşkil edən digər bir amilin isə milli həmrəylik, xalq-iqtidar birliyi olduğunu öz çıxışında bildirdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi və ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar, bütün dünya azərbaycanlıları Qarabağ uğrunda yekdil birlik nünayiş etdirdilər. Əlbəttə ki, bu məsələdə vətənpərvərlik, gənclərin vətənpərvər ruhda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan gəncləri vətənə bağlı, vətəni sevən, vətənpərvər gənclərdir,  Hər bir azərbaycanlı vətəninə bağlıdır. Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə edilməsində Prezident cənab İlham Əliyevin çox mühüm rolu və fəal siyasəti olmuşdur. Ümumiyyətlə, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir və daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi, bütün bunlar ölkəmizdə aparılan 44 günlük Vətən müharibəsində düşmən Azərbaycanın gücünü, bütün dünya isə birliyini, həmrəyliyini gördü. Böyük sərvətimiz, dəyərimiz olan həmrəyliyimiz möhtəşəm Zəfərimizin əsas amillərindən biridir. Ümumxalq birliyinin təntənəsi və Ordumuzun zəfər yürüşü nəticəsində imzalanan üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail oldu. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu öz xeyrinə dəyişdi və itirilmiş ərazilərini geri qaytardı.vlət siyasətinin əsas nəticəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda və dünyada yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan dövləti artıq Böyük Qayıdış strategiyasının icrasına başlayıb. Belə ki, düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı