11 noyabr 2022 19:06
661

Goranboydakı yol qəzasında 2 hərbçi xəsarət alıb

Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.