10 noyabr 2022 12:50
501

Azərbaycan Ordusunun hərbçisi ürək çatışmazlığından vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!