Vətənə xəyanətdə ittiham edilən Aydın Zəkiyevin etirafları yayımlanıb.
Həmin etiraflar ilk dəfə "Xəzər Media Mərkəzi" tərəfindən çəkilən "Qartal Zirvədə" adlı sənədli filmdə nümayiş etdirilib.
"İki sahil" Xezerxeber.az-a istinadən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə Aydın Zəkiyevin filmdə yer alan dialoqunu təqdim edir:
Aydın Zəkiyev: “Mən yazdım onlarla belə tanış oldum, onlarla danışdım. Azərdi, mən bilmirdim onun adı Azərdi, internetdə, odnoklassnikdə onun adı Əlidir”.
DTX əməkdaşı: - Sizə şəkil göndərən linkdən göndərdi onların adlarını?
Aydın Zəkiyev: - “Hə, dedi ki, onlarla yazış, biri də Asol idi. Bunlarla yazışa-yazışa mənə dedilər ki, orda komentariyalar yazırdı, belə baxsaz görərsiz ki, mən tarixdə də elə güclü deyiləm”.
DTX əməkdaşı: - Kim idi bu Asunla Azər, hansı fəaliyyətlə məşğul idilər?
Aydın Zəkiyev: - “Onlar Ermənistan xüsusi xidmət orqanının əməkdaşları idi”
DTX əməkdaşı: - Kimlər idi onlar?
Aydın Zəkiyev: -“Viki Biyanpay və Arqus. Bəziləri Bakıda qalan köhnə ermənilər idi. Viki mənə özü yazdı, özü də mənə dostluq atdı, yazışırdıq, arada mənə türklərdən roliklər atırdı, genosiddən filan”.
"İki sahil" Aydın Zəkiyevin etiraflarını təqdim edir: