08 noyabr 2022 14:28
403

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, tviterdə paylaşılan təbrikdə qeyd edilib:

“Qəhrəman Azərbaycanımızın 8 Noyabr - Zəfər Günü mübarək olsun. İki il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan azad edən, Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirən qardaşlarımızla kədərdə və sevincdə bir yerdə olmağa davam edəcəyik”