08 noyabr 2022 13:01
518

Müdafiə Nazirliyinin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib

Zəfər Günü münasibətilə noyabrın 8-də Müdafiə Nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.