08 noyabr 2022 16:28
400

Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib - 8 NOYABR 2020 16:28

Müdafiə Nazirliyinin məlumatı:

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.