Azərbaycan Ordusunda aparılan islahatların elmi əsaslara söykənir.
“İki sahil” xəbər verir ki, bu barədə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bildirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələri modelinə uyğun inkişaf etdirilməsi barədə göstərişinin hərbi və elmi cəhətdən öz bəhrəsini verdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Türkiyə Silahlı Qüvvələri standartlarına uyğun ordu modelinin müasir ordunun əsası olduğu, eyni zamanda bunun Azərbaycanla Türkiyə orduları arasında hərbi, hərbi-texniki, elmi və digər məsələlərdə uyarlığı təmin etdiyi bildirilib.
İşğal edilmiş torpaqlarımızın azad edilməsinə nail olunmasında Vətən müharibəsinin mahiyyət etibarı ilə ümumxalq ideyası və amalına çevrildiyini bildirən Baş Qərargah rəisi Qələbəmizin xalqın sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Silahlı Qüvvələrimizin bütün qoşun növü və qismlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən yeni üsul və ən müasir silahların tətbiqi ilə qazanıldığını xüsusi vurğulayıb.