04 noyabr 2022 09:10
401

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur- 4 NOYABR 2020 09:10

Müdafiə Nazirliyinin məlumatı:

-TƏCİLİ -

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.